Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

19:28 - 24 / 11 / 2016
Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşa Respublikasının Xarici İşlər Nazirliyinin müavini Marek Julkovski ilə görüşüb və iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Polşa əlaqələrinin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə nəzər saldı, iki ölkə arasında siyasi münasibətlərin səviyyəsi və əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə etdi.

Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi və sənaye, kənd təsərrüfatı, turizm, maşınqayırma, neft-kimya və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səylərin artırılmasının vacibliyini vurğuladı.

Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edən Xələf Xələfov, mövcud platformaların, o cümlədən yüksək səviyyəli səfərlərin iki ölkə arasında əməkdaşlığın yeni mərhələdə inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. O, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafı, ekspertlər və işçi qrupları səviyyəsində təmasların intensivləşdirilməsinin birgə maraqlara xidmət etdiyini dedi.

Marek Julkovski ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırdı və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətinə toxundu. O, Polşa hökumətinin müxtəlif sahələrdə əldə etdiyi təcrübənin Azərbaycanla paylaşmağa hazır olduğunu bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, habelə Prezidentlərin Vyana və Sank-Peterburq görüşləri haqqında məlumat verən X.Xələfov status-kvonun qəbuledilməzliyini vurğuladı və münaqişənin yalnız mərhələli şəkildə, beynəlxalq tanınmış sərhədlər çərçivəsində, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməli olduğunu qeyd etdi.

Marek Julkovski bildirdi ki, Polşanın münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməli olduğuna dair mövqeyi deyişməz olaraq qalır və Polşa Ermənistan-Azərbaycan münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri və ölkəmizdə aparılan iqtisadi-maliyyə islahatlardan söz açan Xələf Xələfov, Polşa şirkətlərinin bu imkanlardan faydalana biləcəyini diqqətə çatdırdı.

Bununla yanaşı, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
637

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər