Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 9 dəfə pozulub | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 9 dəfə pozulub

09:21 - 24 / 11 / 2016
Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 9 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər