FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqlayıb

19:18 - 02 / 12 / 2016
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqlayıb

FİFA 2016-cı ilin müxtəlif nominasiyalar üzrə ən yaxşılarının qısa siyahısını açıqlayıb.

1news.az “Report”a istinadən xəbər verir ki, ilk olaraq ən yaxşı qadın məşqçilərin "üçlüy"ü müəyyənləşib.

Siyahıda Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheyc (İsveç) yer alıb.

Ən yaxşı kişi məşqçi adı uğrunda İngiltərənin "Lester" klubunun baş məşqçisi Klaudio Ranyeri, Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos və İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan yarışacaq.

İlin ən yaxşı qolunun - Puşkaş mükafatının sahibi braziliyalı Conatan Marlon, venesuelalı qadın futbolçu Danişka Rodriges və malayziyalı Mohd Faiz Subri mübarizəsinin qalibi olacaq.

Bu nominasiyalarla yanaşı, ilin ən yaxşı qadın və kişi futbolçularına namizədlərin də siyahısı açıqlanıb. Qadınların siyahısında Almaniya yığmasının üzvü Melani Berinqer, ABŞ yığmasından Karli Lloyd və Braziliya yığmasında çıxış edən Marta yer alıb.

Ən yaxşı kişi futbolçuları adına namizədlər siyahısında isə İspaniya La Liqasında çıxış edənlərin adları yer alıb. Bunlar son illərdə olduğu kimi, İspaniya "Real Madrid"inin üzvü, portuqaliyalı Kriştianu Ronaldo, "Barselona"dan argentinalı Lionel Messi və "Atletiko"da çıxış edən Antuan Qrizmanndır.

Qaliblər yanvarın 9-da İsveçin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.

1news.az

Paylaş:
804

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər