“Maynts” – “Qəbələ” oyununa hakim təyinatları açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

“Maynts” – “Qəbələ” oyununa hakim təyinatları açıqlanıb

23:01 - 05 / 12 / 2016
“Maynts” – “Qəbələ” oyununa hakim təyinatları açıqlanıb

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəində keçiriləcək “Maynts” – “Qəbələ” oyununu idarə edəcək hakimlər bəlli olub.

1news.az-ın məlumatına görə, qarşılaşmanı Uelsdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Li Evans təyin olunub. Ona Qaret Cons və Luis Edvards kömək edəcək.

Əlavə hakimlər Anto Brayan Markharm-Cons və Nik Pratt, ehtiyat hakim isə Daniel Bekett təyin edilib.

Qeyd edək ki, “Maynts” – “Qəbələ” görüşü dekabrın 8-i saat 22:00-da start götürəcək.

1news.az

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər