Millimizin üzvü oynadı, komandası darmadağın oldu | 1news.az | Xəbərlər
Futbol

Millimizin üzvü oynadı, komandası darmadağın oldu

11:13 - 05 / 12 / 2016
Millimizin üzvü oynadı, komandası darmadağın oldu

Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” klubu Almaniya ikinci Bundesliqasında növbəti oyununu keçirib.

1news.az-ın məlumatına görə, sözügedən komanda doğma meydanda “Ştutqart”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Start heyətdə meydana çıxan Nazarov görüşün 82-ci dəqiqəsində əvəzlənib. 18-ci dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Aue” 15 turdan sonra 11 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər