Kamran Ağayev və Emin Mahmudov oynadı, “Boavişta” məğlub oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Kamran Ağayev və Emin Mahmudov oynadı, “Boavişta” məğlub oldu - VİDEO

13:05 - 06 / 12 / 2016
Kamran Ağayev və Emin Mahmudov oynadı, “Boavişta” məğlub oldu - VİDEO

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” Portuqaliya çempionatında növbəti oyununu keçirib.

1news.az-ın məlumatına görə, komanda səfərdə “Pakoş de Ferreyra”nın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Kamran start heyətdə, Emin isə ehtiyat oyunçular arasında yer alıb. Mahmudov 57-ci dəqiqədə Siilva Samunun əvəzinə oyuna qoşulub. 

Qeyd edək ki, bu yenilgidən sonra aktivində 13 xalı olan “Boavişta” 13-cü pilləyə yuvarlanıb.

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər