Deniz Yılmaz vurduğu qollarla “Bursaspor”a qələbə qazandırıb | 1news.az | Xəbərlər
İdman

Deniz Yılmaz vurduğu qollarla “Bursaspor”a qələbə qazandırıb

14:07 - 06 / 12 / 2016
Deniz Yılmaz vurduğu qollarla “Bursaspor”a qələbə qazandırıb

Türkiyə Superliqasının 13-cü turunda millimizin hücumçusu Deniz Yılmazın formasını geydiyi “Bursaspor” öz meydanında “Rizespor”u qəbul edib. 

1news.az xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dəniz Yılmaz görüşə start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb. O, komandasının hər iki qolunun müəllifi olub.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 24-ə çatdıran “Bursaspor” turnir cədvəlinin 5-ci pilləsindəki yerini qoruyub.

1news.az

Paylaş:
807

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər