Ramil Şeydayev Türkiyə Super Liqasında debüt edib | 1news.az | Xəbərlər
Futbol

Ramil Şeydayev Türkiyə Super Liqasında debüt edib

16:24 - 06 / 12 / 2016
Ramil Şeydayev Türkiyə Super Liqasında debüt edib

Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

1news.az-ın məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” səfərdə “Kayserispor”la qarşılaşıb. Görüş Qara Dəniz təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Ramil Şeydayev qarşılaşmanın 80-ci dəqiqəsində komanda yoldaşı Matus Beronun əvəzinə meydana daxil olmaqla Super Liqada debüt edib. 

Qeyd edək ki, bu qələbədən sonra xallarını 15-ə çatdıran “Trabzonspor” turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib.

1news.az

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər