Əliyar Ağayevdən tarixi uğur | 1news.az | Xəbərlər
Futbol

Əliyar Ağayevdən tarixi uğur

17:17 - 06 / 12 / 2016
Əliyar Ağayevdən tarixi uğur

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti uğura imza atıb. 

1news.az-ın məlumatına görə, Ağayev UEFA-nın I kateqoriyasına keçib. Bununla o, Azərbaycan futbolunda ilkə imza atıb. 

I kateqoriyaya daxil olan Ağayev bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb. 

Qeyd edək ki, 2013-cü ildən FİFA referisi olan Əliyar Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb.

1news.az

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər