Çavuşoğlu: Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü gözlənilir

13:40 - 04 / 01 / 2017
Çavuşoğlu: Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü gözlənilir

Yaxın aylarda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin iştirakı ilə sammit keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu “Anadolu” agentliyində keçirdiyi mətbuat konfransı zamanı  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli format yaratmaq üzərində iş aparılır.

O, eyni zamanda Türkiyənin Qafqaz regionu ilə bağlı təşəbbüslərinin olduğunu qeyd edib.

1news.az

Paylaş:
717

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər