Rövşən Rzayev: Ermənistan-Azərbaycan sərhədində baş vemiş insident yeni hərbi qarşıdurmalara yol aça bilər | 1news.az | Xəbərlər
Siyasət

Rövşən Rzayev: Ermənistan-Azərbaycan sərhədində baş vemiş insident yeni hərbi qarşıdurmalara yol aça bilər

13:48 - 05 / 01 / 2017
Rövşən Rzayev: Ermənistan-Azərbaycan sərhədində baş vemiş insident yeni hərbi qarşıdurmalara yol aça bilər

Əgər Ermənistan təxribatçı əməllərini davam etdirərsə, eləcə də işğalçı siyasətindən əl çəkməzsə Ermənistan-Azərbaycan sərhədində baş vemiş insident yeni hərbi qarşıdurmalara yol aça bilər.

Bunu 1news.az-a Milli Məclisin deputatı Rövşən Rzayev dekabrın 29-da münaqişə zonasında baş vermiş insidentlə bağlı şərh verərkən bildirib:

“Ermənistan tərəfindən təxribatçı əməllər dəfələrlə baş verib. Düşünürəm ki, bu hadisə bir daha da təkrarlanacaq. Aydındır ki, mövcud rejim öz destruktiv mövqeyini davam etdirərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayır.

Göründüyü kimi erməni tərəfi ciddi itkilərə məruz qalsa da aprel hadisələrindən lazımi nəticələr çıxarmadı.  İstisna deyil ki, ermənilər cəbhə xəttində yeni gərginliklər yaratmaq istəyir”.

Həmçnin deputata KTMT-nin baş katibi Nikolay Bordyujanın qalmaqallı bəyanatı da fikir bildirib:

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatını dəstəkləyərək, paralel olaraq “Dağlıq Qarabağ Respublikasını” (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim – red.qeydi) tanıyıb.

“Cənab Bordyuja düşünülməmiş bəyanat səsləndirdi. Bu da nüfuzlu təşkilatın etibarına ciddi xələl gətirdi. Bununla bağlı hərbi ittifaqa üzv-dövlətlər baş katibin təxribatçı bəyanatına siyasi qiymət verməlidir”.

Qeyd edək ki, bir neçə gün sonra Bordyuja öz vəzifəsindən azad edilib.

Bordyujanın istefası ilə bağlı KTMT-nin saytında yerləşdirilmiş bəyanatın mətnindən məlum olub:

“2015-ci ilin dekabrın 21-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının verilmiş qərarı ilə 2017-ci ilin yanvarın 1-dən etibarən Təşkilatın baş katibinin bütün səlahiyyətləri  KTMT-nın baş katibin müavini Valeri Anatolyeviç Semerkova həvalə olunur. Bununla əlaqədar KTMT-nin baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti 2016-cı ilin dekabrın 31-də başa çatır”.

1news.az

Paylaş:
588

Son xəbərlər

Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27
Bütün xəbərlər