Fiziki təzyiqlərə məruz qalan erməni əsgəri iki hərbçini güllələyib | 1news.az | Xəbərlər
Siyasət

Fiziki təzyiqlərə məruz qalan erməni əsgəri iki hərbçini güllələyib

15:11 - 05 / 01 / 2017
Fiziki təzyiqlərə məruz qalan erməni əsgəri iki hərbçini güllələyib

İşğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində insident baş verib.

1news.az-ın verdiyi xəbərə görə, cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb.

Fiziki təzyiqlərə məruz qalan, H. Babeyan avtomat silahından atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.

Yaralılar dərhal Xankəndidəki hərbi hospitala çatdırılıb. Gizir M.Sarkisyanın vəziyyətinin sabit olduğu, digər yaralının isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Məlumata görə, hadisə baş verən hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, erməni ordusunda qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb. Erməni tərəfinin yaydığı rəsmi məlumatlara görə, təkcə ötən ilin noyabr ayında buna bənzər iki hadisə baş verib. Belə ki, noyabrın 13-də döyüş növbətçiliyi qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan adlı hərbi qulluqçu kiçik çavuş tərəfindən açılan atəşdən yerindəcə ölüb.

Digər hadisə isə noyabrın 22-də qarovul xidmətində olarkən A.Nersesyanla Aznavur Baleyan arasında baş vermiş mübahisə nəticəsində törədilib. Bildirilir ki, başından güllə yarası alan A.Baleyan hələ də İrəvandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicədədir.

1news.az

Paylaş:
542

Son xəbərlər

Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00
Bütün xəbərlər