Latviya prezidenti Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Latviya prezidenti Azərbaycana səfər edəcək

16:19 - 05 / 01 / 2017
Latviya prezidenti Azərbaycana səfər edəcək

Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.

 Latviya Xarici İşlər Nazirliyinə istinadən verdiyi  məlumatına görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək. 

Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.

Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana  gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı.

APA

Paylaş:
495

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər