XİN: Ermənistan tərəfi Azərbaycan əsgərinin cəsədini qaytarmamaqla Cenevrə Konvensiyasını pozur | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan tərəfi Azərbaycan əsgərinin cəsədini qaytarmamaqla Cenevrə Konvensiyasını pozur

18:22 - 05 / 01 / 2017
XİN: Ermənistan tərəfi Azərbaycan əsgərinin cəsədini qaytarmamaqla Cenevrə Konvensiyasını pozur

Azərbaycan tərəfinin dəfələrlə müraciətinə baxmayaraq, erməni silahlı qüvvələri tərəfindən təxribat nəticəsində həlak olan əsgər Çingiz Qurbanovun meyiti qaytarılmır. Bununla da Ermənistan humanitar hüququn, əsasən də Cenevrə Konvensiyasını pozur.

Bu haqda 1news.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici siyasət qurumların, eləcə də digər müvafiq strukturların bununla bağlı beynəlxalq təşkilata müraciət etdiyini bildirib:

“Ermənitan beynəlxalq qurumların müraciətinə məhəl qoymaraq Azərbaycan əsgərinin cəsədini qaytarmır. Bununla da qeyri-insani təbiətlərini nümayiş etdirirlər. Bu təxribat bir daha göstərdi ki, Ermənistandakı hakim siyasi rəhbərlik region üçün təhlükədir. Bu rejimin əsas məqsədi münaqişənin sülh yolu ilə həllinə mane olmaqdır”.

XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Ermənistan KTMT-nı insidentə cəlb edərək regiodakı sülh və əmin-amanlığa təhlükə yaratmaqdır. Eləcə də ATƏT-in Minsk qrupunun səylərinə ciddi zərbə vurmaqdır.

“Ermənistan ictimai-siyasi və diasporasının sağlam düşüncəli qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çağırışlarına baxmayaraq, İrəvanın hərbi-siyasi rəhbərliyi danışıqlar prosesini istənilən vasitələrlə ləngitməyə çalışır. Ermənistan XİN-in son bəyanatları bunun bariz nümunəsidir ki, bu ölkə regionda işğalçı siyasət yürütməktə davam edir. Bunun mahiyyəti Azərbaycan və status-kvonun saxlanılmasıdır”.

Xatırladaq ki, Azərbaycan əsgəri Qurbanov Çingiz 2016-cı ilin dekabrın 29-da erməni silahlı qüvvələrinin təxribatını dəf edərkən itkin düşüb. Erməni kəşfiyyat qrupu Azərbaycan-Ermənistan sərhədini pozmaq istəyərkən mühasirəyə düşüb. Buna görə də geri çəkilməyə məcbur olub. Daha sonra bir sıra erməni KİV-də həlak olmuş Azərbaycan əsgərinin fotoları yayılıb. Bu müddətdən indiyədək Azərbaycan tərəfi beynəlxalq qurumları cəlb etməklə Ç.Quranovun cəsədinin qaytarılmasına çalışır.

1news.az

Paylaş:
1022

Son xəbərlər

Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20
Bütün xəbərlər