Aydın Mirzəzadə: KTMT Bordyujanın bəyanatına görə Azərbaycandan üzr istəməlidir | 1news.az | Xəbərlər
Siyasət

Aydın Mirzəzadə: KTMT Bordyujanın bəyanatına görə Azərbaycandan üzr istəməlidir

12:51 - 05 / 01 / 2017
Aydın Mirzəzadə: KTMT Bordyujanın bəyanatına görə Azərbaycandan üzr istəməlidir

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja dekabrın 29 Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatını dəstəkləyərək, paralel olaraq “Dağlıq Qarabağ Respublikasını” (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim – red.qeydi) tanıyıb.

Xatırladaq ki, KTMT-nin saytında yerləşdirilən rəsmi bəyanatda deyilir:

“Cari ilin aprel ayında Dağlıq Qarabağ Respublikasında (işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qondarma rejim – red.qeydi) ağır silahların və zirehli texnikanın istifadəsi ilə baş vermiş ağır insident fonunda, KTMT-yə üzv ölkənin ərazisindəki bu addımları təxribat kimi qiymətləndiririk. Elə təəsürat yaranır ki, iki tərəfin, həmçinin bir sıra ölkələrin rəhbərlərinin ortaya qoyduğu səylər nəticəsində münaqişənin həlli daha fəal gedəcək. Lakin son zaman bölgədən atəşkəs rejiminin pozulması ilə bağlı gələn xəbərlər və hərbçilərin ölümünə səbəb olan dekabrın 29-u baş vermiş insident ciddi narahatlıq doğurur”.

Azərbaycan XİN-i həmin bəyanatı qəbuledilməz hesab edərək qınayıb.

Öz növbəsində Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, erməni silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan sərhədlərini pozarkən pusquya düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Daha sonra məlum olub ki, Bordyuja öz vəzifəsindən azad edilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə 1news.az-a şərh verərkən bildirib ki, KTMT-nin rəhbərliyi işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi “Dağlıq Qarabağ Respublikası” kimi adlandırmaqla böyük siyasi səhvə yol verib:

“Ermənistandan başqa hərbi ittifaqa daxil olan bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu da o  deməkdir ki, baş katibin heç bir əsası olmadan təxribatçı bəyanatı həmçinin beynəlxalq qurumu da etibardan salır.

KTMT-nin diqqətini çatdırmaq istərdim ki, erməni silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan ərazisini keçib, əksinə baş verməyib. Cənab Bordyuja heç bir əsası olmadan bəyanat səsləndirməklə hörmətli və mötəbər təşkilatın nüfuzuna xələl gətirib.

Əminəm ki, hərbi ittifaqın üzvləri Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə siyasi qiymət verəcəklər. Həmçinin baş katibin bəyanatına da münasibət bildirəcəklər. Hərbi ittifaq Azərbaycandan üzr istəməlidir”.

Daha sonra parlamentari Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikirlərini bildirib:

“Zənnimcə erməni tərəfi 2017-ci ilin aprelində baş tutacaq seçkilərlə bağlı növbəti insidentə əl atıb.Mövcud rejim ictimaiyyətin diqqətini yaranmış sosial-iqtisadi problemlərdən, siyasətdaxili çaxnaşmalardan yayındırmaqdan ötrü Azərbaycan- Ermənistan sərhədində süni problemlər yaradır.

Hazırki insidentin irimiqyaslı hərbi qarşıdurmalara keçməsini söyləmək çətindir. Belə ki bu, cəbhə xəttindəki vəziyyətdən asılıdır”.

Sonda deputat bildirib ki, Ermənistanın hakim rejimi artıq dərk etməlidir ki, əgər erməni tərəfi sülh danışıqlarından və işğal olunmuş əraziləri azad etməsələr Azərbaycan münaqişəni sülh yolu ilə həll edə bilər.

1news.az

Paylaş:
767

Son xəbərlər

Batı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27
Bütün xəbərlər