İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb – FOTO

11:34 - 29 / 03 / 2017
İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb – FOTO

Dünya şöhrətli pianoçu Adilə Əliyevanın İsveçrədə iki kompakt-diski hazırlanıb.

1news.az-ın Azərbaycan Respublikası Diaspor Jurnalistləri Birliyinə istinadla verdiyi xəbərə görə, bu haqda Fransanın “Le Dauphiné libéré” jurnalında məlumat verilib. CD-lərdən biri  İsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digər isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub. Bu CD-lərdə görkəmli İsveçrə (Frank Martin, Jan Daetviler, Liszt və Mendelson) və Azərbaycan  (Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov və s.) bəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır.

Qeyd edək ki, Adilə Əliyeva hazırda Fransanın Annamesse şəhərində yaşayır. O, bir müddət İsveçrədə də yaşayıb. Həmin dövr ərzində bir çox konsertlərdə ifa edib və Frank Martin kimi helvetik bəstəkarların əsərlərinin səsyazmasında iştirak edib. Həmvətənimiz 50-dən çox ölkədə, hətta Vatikanda konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.

Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına Fransada iki ildən bir pianoçuların müsabiqəsi keçirilir. Növbəti müsabiqə isə bu il mayın 15-dən 18-dək Fransada və İsveçrədə keçiriləcək.

1news.az

Paylaş:
1985

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər