Magistraturaya ixtisas seçimi bu gün başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya ixtisas seçimi bu gün başa çatır

20:03 - 19 / 06 / 2017
Magistraturaya ixtisas seçimi bu gün başa çatır

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisaslaşma seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildiriblər ki, ixtisaslaşma seçiminə iyunun 9-dan başlanıb və bu proses iyunun 19-u saat 23.59-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiqləməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətdə ərizələrini təsdiqləsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiqləmiş bakalavrlar buraxılacaqlar.

1news.az

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər