Novxanı-Pirşağı avtomobil yolunda tikinti işləri yekunlaşır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Novxanı-Pirşağı avtomobil yolunda tikinti işləri yekunlaşır – FOTO – VİDEO

14:06 - 20 / 06 / 2017
Novxanı-Pirşağı avtomobil yolunda tikinti işləri yekunlaşır – FOTO – VİDEO

Abşeron yarımadasının şimal hissəsində, sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan işlər artıq yekunlaşır.

1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, sahil yolunun inşası zamanı bəzi ərazilərdə mövcud yolun eni böyüdülüb. Belə ki, avtomobil yolunun həm Novxanı,  həm də Pirşağı qəsəbələrindən keçən hissəsində yolun eni  3-4 m-dən 9 m-ə  qədər  genişləndirilib.

Bəzi ərazilərdə isə yol yeni tras üzrə inşa olunub. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri də köçürülüb.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7.5 m, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 m-dir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 m enində piyada səkiləri də tikilib, 50 min p/m səki daşı düzülüb.  Piyada səkinin hərəkət hissəsində asfaltlanma işləri görülüb.

Hazırda yolun son 2 km-lik hissəsinin asfaltlanması işləri də bitmək üzrədir. Ümumilikdə isə 3 qat olmaqla 20 sm qalınlığında və 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Tikinti işlərinə uyğun olaraq nəzərdə tutulmuş sayda, daha dəqiqi zəruri olan yerlərə 165 ədəd yol nişanı və 29 ədəd məlumatverici lövhə quraşdırlıb,  yolda 5 min m2 üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Azərbaycan prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Novxanı - Pişağı  avtomobil yolunun tikintisi  “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişİ təmin edəcək. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

Babək Cahandarov

Paylaş:
670

Son xəbərlər

Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunubBu gün, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldüBu gün, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcəkBu gün, 14:02Şəhid Elməddin Abbasov 30 ildən sonra dəfn olundu - FOTOBu gün, 13:57Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:41Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlərBu gün, 13:10Bu kollecdə beş ilə 90 minə yaxın pul mənimsənilibBu gün, 12:57Sürət yarışı keçirib tiktokda paylaşanlar həbs edildi - VİDEOBu gün, 12:49Mayın 26-da 49 minə yaxın abituriyent qəbul imtahanı verəcəkBu gün, 12:43Nazir: Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilirBu gün, 11:54İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:37Azərikard beynəlxalq əməkdaşlığını genişləndirirBu gün, 11:25Ötən il onkoloji xəstəliklərə görə dövlət büdcəsindən ayrılan vəsait açıqlandıBu gün, 11:19Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə veribBu gün, 11:07“Azerbaijan Fish Farm” şirkəti Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Xəzər dənizinə 50 min nərə balığı buraxıb - FOTOBu gün, 10:59FHN-də çimərlik mövsümünə hazırlıqla əlaqədar toplantı keçirilib, tapşırıqlar verilibBu gün, 10:51Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olubBu gün, 10:38Azərbaycan İnvestisiya Şirkəti Gürcüstan şirkəti ilə Birgə İştirak Müqaviləsi imzalayıbBu gün, 10:23Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklərBu gün, 10:21BŞİH əhaliyə müraciət etdiBu gün, 10:14
Bütün xəbərlər