“Səbail” Emil Balayevlə müqavilənin müddətini uzadıb | 1news.az | Xəbərlər
Futbol

“Səbail” Emil Balayevlə müqavilənin müddətini uzadıb

18:58 - 20 / 06 / 2017
“Səbail” Emil Balayevlə müqavilənin müddətini uzadıb

2017/2018 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Səbail” qapıçısı Emil Balayevlə müqavilənin müddətini uzadıb.

1news.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu ilin yanvarından icarə əsasında “Səbail”də çıxış edən 23 yaşlı qolkiper 2 illik sözləşməyə imza atıb. O, müqavilə ilə məxsus olduğu “Qarabağ”dan birdəfəlik transfer olunub.

Qeyd edək ki, “Səbail” yay fasiləsində Vüqar Nadirov, Kamal Qurbanov, Emin Mehtiyev, Aqşin Muxtaroğlu, Yamin Ağakərimzadə və Raul Yaqubzadəni heyətinə qatıb. Həmçinin Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu “Neftçi”dən icarəyə götürüb.

1news.az

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər