“Qarabağ” Avstriyada ilk yoxlama oyununu keçirib | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Avstriyada ilk yoxlama oyununu keçirib

22:05 - 20 / 06 / 2017
“Qarabağ” Avstriyada ilk yoxlama oyununu keçirib

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində ilk oyununa çıxıb.

1news.az xəbər verir ki, Ağdam klubu Rusiya təmsilçisi “Axmat”la üz-üzə gəlib. Kössen qəsəbəsində keçirilən görüş Qroznı klubunun qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, “Terek” adını “Axmat”a dəyişən Qroznı təmsilçisi bir neçə gün əvvəl Avstriyada hazırlıq keçən “Qəbələ”ni də 1:0 hesabı ilə məğlub etmişdi. 

1news.az

Paylaş:
857

Son xəbərlər

Bütün xəbərlər