Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - FOTO

22:31 - 20 / 06 / 2017
Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib - FOTO

Müdafiə naziri Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, döyüş tapşırıqlarının aydınlaşdırılması, şəraitin qiymətləndirilməsi, ərazinin kəşfi, maket üzərində qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə göstərişlər verilib.

1news.az

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər