“Zirə” Georgi Hacinin komandasına məğlub oldu | 1news.az | Xəbərlər
Futbol

“Zirə” Georgi Hacinin komandasına məğlub oldu

23:10 - 20 / 06 / 2017
“Zirə” Georgi Hacinin komandasına məğlub oldu

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

1news.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası Georgi Hacinin çalışdırdığı “Vitorul”la qarşılaşıb. Görüş son Rumıniya çempionunun qələbəsi ilə başa çatıb - 2:1.

“Zirə”nin yeganə qolunu yeni transfer Orxan Əliyev vurub.

Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirən “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Columbe Sportive” klubuna (8:0) qalib gəlib.

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər