Bakıda II Bankçılıq Forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda II Bankçılıq Forumu keçiriləcək

23:36 - 20 / 06 / 2017
Bakıda II Bankçılıq Forumu keçiriləcək

Oktyabr-noyabr aylarında Bakıda II Bankçılıq Forumu keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) 1news.az-a verilən məlumata görə, ABA-nın iyunun 20-də keçirilən Rəyasət Heyətinin iclasında II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb, forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

1news.az

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər