Unibank Ramazan bayramı münasibəti ilə kampaniya keçirir

Kreditdə, faizdə, kartın qiymətində, alış-verişdə endirim, üstəlik kredit komissiyası 0% - bunlar Unibank-ın müştərilərinə bayram hədiyyəsidir.
Unibank Ramazan bayramı münasibəti ilə müştərilərinə çoxsaylı hədiyyələr hazırlayıb. İyunun 23-dək Unibankın məhsul və xidmətlərindən istifadə etmək istəyənləri bank filiallarında böyük sürprizlər gözləyir.
Ramazan kampaniyasına nələr daxildir?
- Hər kəs üçün komissiyasız kredit və üstəlik kreditin illik faiz dərəcəsinə 2%-dək ENDİRİM;
- ALBALI PLUS kredit komissiyasına 50 % ENDİRİM;
- ALBALI PLUS debet Gold və ALBALI PLUS debet Platinum kartlarının qiymətlərinə 50 % ENDİRİM;.
- Depozit qutularına xidmət haqqına ENDİRİM- 2 aylıq ödənişlə 3 aylıq istifadə imkanı;
- Unibank kartları ilə marketlərdə edilən alış-verişlərə əlavə 1 ay ödəmək imkanı, 3, 4 və 6 aylıq bütün hissəli alış-verişlərə bank tərəfindən də əlavə 3 ay HƏDİYYƏ (23-28 iyunda)
- Partnyor mağazalarda xüsusi ENDİRİMLƏR;
- ALBALI PLUS debet kartı cəmi 3 AZN/USD (Unibank Mobile-dan sifariş zamanı isə 2 AZN/USD)
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın köməyi ilə istifadə etmək, nağd kredit və kart sifarişini həyata keçirmək mümkündür.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.