“L’Opinione”: “Jerusalem Post” Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır” | 1news.az | Xəbərlər
Siyasət

“L’Opinione”: “Jerusalem Post” Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır”

14:50 - 21 / 06 / 2017
“L’Opinione”: “Jerusalem Post” Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır”

İtaliyanın “L’Opinione” qəzetində tədqiqatçı-jurnalist Domeniko Letizianın “Jerusalem Post” qəzeti Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır” adlı məqaləsi dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yazıda israilli siyasi şərhçi və ekspert Arye Qutun Azərbaycandakı multikulturalizmlə bağlı bu günlərdə “Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsindən bəhs edilir.

Məqalədə deyilir: “İsrailin gündəlik “Jerusalem Post” qəzeti Azərbaycandakı multikulturalizmin təhlilinə israilli siyasi şərhçi Arye Qutun müəllifi olduğu əhəmiyyətli bir məqalə həsr edib. Məqalədə müəllif xüsusi olaraq Azərbaycan xalqının həyatında tarixən təşəkkül tapmış özünəməxsus tolerantlığa diqqət yetirir, bu yanaşmanın milli kimlik, dil və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının əsas xarakterik xüsusiyyəti olduğunu vurğulayır.

Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı müsəlman çoxluğa malik bir ölkədir. Bu qruplar arasında qədim zərdüştlük, xristian və yəhudi icmalarını qeyd etmək olar. Etnik və dini azlıqlara dözümlülük və hörmət qədim zamanlardan başlayaraq müasir günümüzədək ölkənin həyatında fundamental rol oynamışdır. Azərbaycanın dini dözümlülüklə bağlı ənənəsi Sovet İttifaqının dağılması zamanı sınağa çəkilmişdir. Belə tarixi şəraitdə Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal etmiş, 1 milyon qaçqın və məcburi köçkünlə nəticələnən etnik təmizləmə aparmış və Xocalı şəhərində qanlı qırğın törətmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, dinc yanaşı yaşama dəyərləri müxtəlif etnik və dini azlıqlar arasında harmoniyanı qoruyub saxlayan Azərbaycan cəmiyyəti üçün xarakterik olmaqda davam etmişdir.

Ermənistan dövləti antisemitizm əhval-ruhiyyəsinə görə postsovet məkanında birinci yeri tutur. “Anti-Defamation League” təşkilatının 2014-cü ilin iyun ayında apardığı sorğu Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin həddindən çox artdığını göstərmişdir. Ermənistanda 2,2 milyon əhalinin təxminən 1,3 milyonu antisemitizm əhval-ruhiyyəsini ifadə və tətbiq edir. Bu göstərici Ermənistanın dünyada antisemitizmin ən yüksək səviyyəsi olan ölkələrdən biri olduğunu göstərir.

Ermənistan şovinizm, milliyyətçilik və antisemitizmin yüksəlişinin Sarkisyan rejiminin apardığı siyasətin ayrılmaz tərkib hissəsi olduğu monoetnik ölkədir. Qeyd edək ki, belə yanaşma müasir Ermənistan Respublikasının hazırkı dövlət qurumlarına xasdır. Təsadüfi deyil ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan antisemit general Qaregin Njdeyə həsr olunmuş abidənin açılış mərasimində iştirak etmişlər.

Azərbaycan dövlətində isə vəziyyət tam başqadır. Bu Qafqaz ölkəsində yəhudi icması ilə yüksək səviyyəli dostluq mövcuddur. Prezident İlham Əliyevin dəstəyi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilmişdir. Bundan əlavə, ilk yəhudi-Azərbaycan muzeyinin tikilməsi üçün işlərə başlanılmışdır. Bu, bütün Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq müzakirələrin aparılması vasitəsilə bu gün təqdim etdiyi dini tolerantlıq və dünyəvilik modeli tanınır. Forumu dəstəkləyənlər arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Azərbaycan Hökuməti var”.

S.Xankişiyeva

 

Paylaş:
579

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər