Azərbaycanın İtaliyadakı səfiri Ermənistanın XİN rəhbərinə: Yalanlar yetər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İtaliyadakı səfiri Ermənistanın XİN rəhbərinə: Yalanlar yetər

15:29 - 21 / 06 / 2017
Azərbaycanın İtaliyadakı səfiri Ermənistanın XİN rəhbərinə: Yalanlar yetər

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində ölkəsini dünyada qaçqınlar, miqrasiya, milli azlıqlar kimi problemlərə həssas yanaşan, multikulturalizm dəyərlilərinə sadiq ölkə kimi göstərməyə cəhd etmiş, habelə Ermənistan-Azərbaycan münaqişəsi və hazırkı danışıqlar prosesi ilə bağlı təhrif edilmiş məlumatlar verib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, erməni nazirin yalanlarına cavab olaraq həmin qəzetdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc olunub.

 “Azərbaycan Ermənistana: “Qaçqınlarla bağlı yalanlar yetər” başlıqlı yazısında Azərbaycan diplomatı bildirir:

“20 ildən artıq müddətdir ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymayaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni hərbi işğal altında saxlayan, 1 milyondan artıq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək onların qaçqın və məcburi köçkün düşməsinə səbəb olan, işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini dağıdan, eləcə də irqi ayrı-seçkiliyi dövlət siyasəti səviyyəsində təşviq edərək mono-etnik dövlətə çevrilmiş Ermənistan kimi bir ölkənin xarici işlər naziri olaraq Eduard Nalbandyanın qaçqınların, milli azlıqların problemi, multikulturalizm və sülhdən danışmağa mənəvi haqqı yoxdur”.

M.Əhmədzadə əlavə edib ki, Helsinki Yekun Aktına əsaslanaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəfələrlə verdiyi bəyanatlar və hal-hazırda danışıqlar masasında olan sənəd münaqişənin mərhələli həllində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi  ətrafındakı işğal olunmuş rayonlardan Ermənistan qoşunlarının çıxarılmasını nəzərdə tutur. “Lakin Ermənistan bu çağırışlara məhəl qoymur və münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağıran Minsk Qrupu həmsədrlərinin bəyanatlarını təhrif etməkdən belə çəkinmir”, deyə Azərbaycan diplomatı bildirib.

Substantiv danışıqların həmsədrlərin qeyri-məqbul hesab etdikləri “status-kvo”nun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması da daxil olmaqla, kompleks tədbirləri ehtiva etdiyini bildirən Azərbaycan səfiri yazısını bu fikirlərlə tamamlayır:

“Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaqdansa, münaqişənin həllinə nail olunması və regionda davamlı sülhün təmin olunması üçün hal-hazırda danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməlidir”.

S.Xankişiyeva

Paylaş:
546

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər