Hakimlərimiz Avropa Liqasına təyinat alıblar | 1news.az | Xəbərlər
Futbol

Hakimlərimiz Avropa Liqasına təyinat alıblar

18:39 - 21 / 06 / 2017
Hakimlərimiz Avropa Liqasına təyinat alıblar

FİFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunlar Ömər Paşayev və Rəhim Həsənovdur.

Paşayev iyunun 29-da “Kayrat”la “Atlants” arasında Qazaxıstanda keçiriləcək ilk qarşılaşmada ədalət təmsilçisi olacaq. Həsənov isə həmin gün Latviyada “Ventspils” – “Valur” qarşılaşmada fit çalacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov 
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov

1news.az

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər