Moldova prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moldova prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

19:11 - 21 / 06 / 2017
Moldova prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər