MN: Erməni təxribat qrupunun üzvü ələ keçirilib | 1news.az | Xəbərlər
Siyasət

MN: Erməni təxribat qrupunun üzvü ələ keçirilib

09:05 - 21 / 06 / 2017
MN: Erməni təxribat qrupunun üzvü ələ keçirilib

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

S.Xankişiyeva

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər