Meksika-Azərbaycan parlamentlərarası əməkdaşlığı müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Meksika-Azərbaycan parlamentlərarası əməkdaşlığı müzakirə edilib

09:14 - 21 / 06 / 2017
Meksika-Azərbaycan parlamentlərarası əməkdaşlığı müzakirə edilib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisin sədr müavini Valeh Ələsgərov ilə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlərə, xüsusən də, hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrə ümumi baxış keçiriblər. Parlamentlərarası dostluq qruplarının rolu, eləcə də, beynəlxalq təşkilarlar çərçivəsində əməkdaşlıq qeyd olunub. Bu xüsusda, bir çox ölkələrin qanunverici orqanları arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən parlamentlərarası ittifaqın vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər 10 fevral 1992-ci il tarixində qurulub. Azərbaycanın və Meksikanın səfirlikləri, müvafiq olaraq, 2007-ci və 2014-cü illərdə fəaliyyətə başlayıb.

Bu gün hər iki ölkə müvafiq regionlarda əhəmiyyətli rola malikdir və bir çox sahələr üzrə onların oxşar cəhətləri mövcuddur: energetika, mədəniyyət, turizm və s. Zəngin neft-qaz yataqlarının mövcudluğu və bu sektorun inkişafı ikitərəfli əməkdaşlıq üçün maraq doğurur. Bundan əlavə, Meksika və Azərbaycan minilliklər mədəniyyəti olan ölkələrdir. Bu amil hər iki xalqa məxsus bəzi mədəni nümunələrinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs kimi elan olunmasına imkan yaradıb, eləcə də, turistik sektorun inkişafına töhfə verib. Hazırda, Meksikanın və Azərbaycanın ziyarətçiləri bu ölkələrdə olduqları zaman gözəl və unudulmaz mənzərələr, vacib tarixi abidələr, özünəməxsus adət-ənənələr, milli mətbəx və digərlərindən həzz ala bilərlər. Bu cür oxşarlıqların tapılması və təcrübə mübadiləsi xalqlar arasında tanıtım və yaxınlaşmaya gətirir.

Pərvanə Sultanova

 

Paylaş:
491

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər