Cəbhədə gərginlik davam edir: düşmən iriçaplı pulemyotlardan və minaatanlardan mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Cəbhədə gərginlik davam edir: düşmən iriçaplı pulemyotlardan və minaatanlardan mövqelərimizi atəşə tutub

09:40 - 21 / 06 / 2017
Cəbhədə gərginlik davam edir: düşmən iriçaplı pulemyotlardan və minaatanlardan mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Şavarşavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı və Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
492

Son xəbərlər

Yaponiya Baş naziri COP29-a dəvət olunubBu gün, 10:26AQTİ halal sertifikatlaşdırma prosesinə başlayıbBu gün, 10:13Bakı aeroportu yay mövsümündə sərnişinlərə 80-nə yaxın istiqamət təklif edirBu gün, 10:03Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:01Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblərBu gün, 09:54Odero Mərkəzi Bank tərəfindən lisenziya alan ilk ödəniş təşkilatı olduBu gün, 09:50Kürdəmirdə 4 otaqlı ev yanıbBu gün, 09:37Bakıda 17 yaşlı qız itkin düşübBu gün, 09:29Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşübBu gün, 09:18Şəkidə icarəyə götürdükləri avtomobillə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıbBu gün, 09:07Laçın rayonunun Sus kəndinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:04Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:00Əməkdar jurnalist vəfat etdi23 / 05 / 2024, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub23 / 05 / 2024, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb23 / 05 / 2024, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞI23 / 05 / 2024, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb23 / 05 / 2024, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir23 / 05 / 2024, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib23 / 05 / 2024, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb23 / 05 / 2024, 16:23
Bütün xəbərlər