Velosiped yarışı üzrə ölkə birinciliyi start götürüb – FOTO | 1news.az | Xəbərlər
İdman

Velosiped yarışı üzrə ölkə birinciliyi start götürüb – FOTO

10:28 - 21 / 06 / 2017
Velosiped yarışı üzrə ölkə birinciliyi start götürüb – FOTO

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 1news.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günündə velosipedçilər fərdi ötüşmədə mübarizə aparıblar. Nəticələri diqqətinizə təqdim edirik:

Qızlar - 10 km

1. Validə Cabbarova - 00:17:39

2. Ayan Xankişiyeva - 00:17:48

3. Elfanə Camalova - 00:18:48

Yeniyetmələr (2003-2004) - 10 km

1. Nikita Sitov - 00:16:07

2. Nofəl Nuriyev - 00:17:12

3. Kamran Mirzəxanov - 00:17:22

Yeniyetmələr (2001-2002) - 10 km

1. Qadir Mustafayev - 00:15:08

2. Ramazan Əliyev - 00:15:37

3. Şahin Eyvazov - 00:15:49

Gənclər - 25 km

1. İvan Orlov - 00:37:26

2. Mikayıl Səfərli - 00:38:39

3. Mahmud Məmmədov - 00:39:07

İyunun 21-22-də velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Babək Cahandarov

Paylaş:
1164

Son xəbərlər

Bütün xəbərlər