Prezident: "Azərbaycanla əlaqələrin intensivləşməsində maraqlıyıq" | 1news.az | Xəbərlər
Siyasət

Prezident: "Azərbaycanla əlaqələrin intensivləşməsində maraqlıyıq"

11:10 - 21 / 06 / 2017
Prezident: "Azərbaycanla əlaqələrin intensivləşməsində maraqlıyıq"

Moldova Azərbaycanla ticarət və mədəni əlaqələrin intensivləşdirilməsində  maraqlıdır.

1news.az xəbər verir ki, bunu Moldova prezidenti İqor Dodon Azərbaycana səfəri ərəfəsində TASS-a müsahibəsində deyib.

O bildirib ki, iki ölkənin siyasi dialoq, iqtisadi-ticarət, mədəni və humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı  yaxşı səviyyəyə çatıb:

“Mən əminəm ki, birgə səylər səylər nəticəsində bütün sahələr üzrə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yeni nəticələr əldə edə biləcəyik”.

Prezident əlavə edib ki, ötən il ikitərəfli ticarət həcmi 39% artıb, ticarət dövriyyəsi 5 milyon dollar təşkil edir, amma  bu kiçik rəqəmdir: "Ticarət dövriyyəsi hələ ölkələrimiz arasında əməkdaşlığın tam imkanlarını əks etdirmir. Onun artırılması üçün birgə fəaliyyəti aktivləşdirməliyik”.

O, Kişinyovun energetika sahəsində, o cümlədən SOCAR-la əməkdaşlığın aktivləşməsində, Moldovanın dövlət əmlakının özəlləşdirilməsiylə bağlı tenderlərdə Azərbaycan şirkətlərinin iştirak etməsində maraqlı olduğunu vurğulayıb.

Dodonun sözlərinə görə, baş nazir Pavla Filipin Bakıya səfəri və Moldova-Azərbaycan hökumətlərarası komissiyanın 4-cü iclasının, biznes foumun

keçirilməsi iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına kömək edəcək. O,  xarici işlər naziri Elmar Məmmədyarovun da Moldovaya səfərinin gözlənildiyini deyib.

Qeyd edək ki, Dodon iyunun 21-23-də Bakıda rəsmi səfərdə olacaq.

Pərvanə Sultanova

 

 

 

 

 

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər