ABB-nin rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABB-nin rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb

12:23 - 21 / 06 / 2017
ABB-nin rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bankir bildirib ki, restrukturizasiya planı uğurla icra olunacaq: “Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə prosesi keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq”.

X. Əhədov qeyd edib ki, restrukturizasiya planına əsasən bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək.

S.Xankişiyeva

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər