Həyətində çətənə kolu yetişdirən Astara sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Qoşqar Bayramova məxsus həytyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Babək Cahandarov
502