Yay Olimpiya Festivalına gedəcək heyət müəyyənləşdi – FOTO | 1news.az | Xəbərlər
İdman

Yay Olimpiya Festivalına gedəcək heyət müəyyənləşdi – FOTO

14:11 - 22 / 06 / 2017
Yay Olimpiya Festivalına gedəcək heyət müəyyənləşdi – FOTO

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 1news.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın növbəti günündə qrup ötüşməsi üzrə 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Bundan başqa, bu yarış gününün nəticəsinə əsasən, iyulun 23-30-da Macarıstanda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilərin də adına aydınlıq gəlib.

Qızlar - 30 km

1. Validə Cabbarova - 01:01:08

2. Ayan Xankişiyeva - 01:01:08

3. Viktoriya Buxenskaya - 01:01:08

Yeniyetmələr (2003-2004) - 30 km

1. Nikita Sitov - 00:58:29

2. Nofəl Nuriyev - 00:59:22

3. Natiq Meydərov - 00:59:23

Yeniyetmələr (2001-2002) - 60 km

1. Osman Qəhrəmanov  - 01:33:22

2. Ramazan Əliyev - 01:34:58

3. Qadir Mustafayev - 01:34:58

Beləliklə, 2001-2002-ci il təvəllüdlü oğlanların yarışının yekununa əsasən, Azərbaycan çempionu olmuş Osman Qəhrəmanov Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil etmək imkanı qazanıb. Bunadək Qadir Süleymanov və Nəcəf Bağırov bu hüquqa yiyələnmişdilər. Qızlar arasında isə Validə Cabbarova, Ayan Xankişiyeva və Elfanə Camalova Macarıstanda ölkəmizin idman şərəfini qoruyacaqlar.

İyunun 22-də gənc velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar və bununla da yarışa yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Babək Cahandarov

Paylaş:
814

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər