ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır

14:37 - 22 / 06 / 2017
ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır

ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətlə əlaqədar rəsmi bəyanat verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bəyanatda deyilir ki, Birləşmiş Ştatlar son həftə təmas xəttində atəşkəs rejiminin pozulmasının çoxsaylı qurbanlara gətirib çıxarmasından dərin narahatlıq keçirir. “Biz tərəfləri eskalasiyadan çəkinməyə və Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd və qoşunların təmas xətti boyunca gərginliyi azaltmaq tədbirlərini dərhal nəzərdən keçirməyə çağırırıq”, - deyə sənəddə vurğulanır.

Həmçinin qeyd edilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 19-da dərc olunmuş bəyanatda tərəfləri danışıqları xoş məram və siyasi iradə ruhunda təzələməyə çağırıb.

Noyert vurğulayır ki, Birləşmiş Ştatlar tərəflərlə intensiv qarşılıqlı fəaliyyət göstərməyi davam etdirir. “ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bölüşdüyümüz davamlı siyasət onunla yekunlaşır ki, ədalətli tənzimlənmə özündə Helsinki Yekun Aktını, o cümlədən güc tətbiq etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanmalıdır”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi tərəfindən beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

S.Xankişiyeva

Paylaş:
463

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər