Mariya Zaxarova: ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir | 1news.az | Xəbərlər
Siyasət

Mariya Zaxarova: ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir

15:06 - 22 / 06 / 2017
Mariya Zaxarova: ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərin yekunları üzrə açıqlanmış bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin bu məsələyə dair mövqeyini tam əks etdirir.

Bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunları barədə sualı cavablandırarkən söyləyib.

XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Minsk qrupu həmsədrlərinin bəyanatında Rusiyanın da mövqeyi və regionda baş verənlərə dair son qiymətləndirmə əksini tapıb. O, həmçinin vurğulayıb ki, Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunu daim diqqət mərkəzində saxlayır.

S.Xankişiyeva

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər