Bakıda gözətçini döyüb telefonunu və pulunu aparan şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gözətçini döyüb telefonunu və pulunu aparan şəxs tutuldu

16:38 - 22 / 06 / 2017
Bakıda gözətçini döyüb telefonunu və pulunu aparan şəxs tutuldu

Polis əməkdaşları Bakıda gözətçini döyərək mobilo telefonunu və pulunu aparan şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Xətai RPİ və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.

Babək Cahandarov

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər