Belçikalı siyasətçi XİN-in “qara siyahı”sına daxil edilə bilər | 1news.az | Xəbərlər
Siyasət

Belçikalı siyasətçi XİN-in “qara siyahı”sına daxil edilə bilər

16:45 - 22 / 06 / 2017
Belçikalı siyasətçi XİN-in “qara siyahı”sına daxil edilə bilər

Belçikalı senator, Flandriya parlamentinin üzvü Yoris Poşe Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxsləri siyahısına daxil edilə bilər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda nazirlik belçikalı siyasətçinin həmin ərazilərə səfəri barədə məlumatı araşdırır.

S.Xankişiyeva

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər