Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

17:22 - 22 / 06 / 2017
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50.000 ABŞ dolları məbləğində yardım göstərilib.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT Baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.

BMT-nin Baş katibi tərəfindən daxil olmuş müraciətdə aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana, xüsusilə azyaşlı uşaqlara və qadınlara dəstək göstərilməsi və bu humanitar böhranın aradan qaldırılması üçün qeyd olunan dövlətlərlə əlaqələndirilmiş şəkildə vaxtında və ünvanlı humanitar fəaliyyətin zəruri olduğu bildirilib və yardımın edilməsi xahiş olunub.

“Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu, AİDA və digər qurumlar vasitəsilə beynəlxalq humanitar yardım və davamlı inkişaf layihələrini dəstəkləyir.

2017-2019-cu illər üçün Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi davamlı inkişafa dair aparılan müzakirələrdə daha fəal rol oynamaq və beynəlxalq səviyyədə inkişafa töhfə vermək üçün əlavə imkanlar yaradır”- deyə, məlumatda bildirilir.

Babək Cahandarov

Paylaş:
465

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər