Neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti aşağı düşməkdə davam edir.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 faiz azalaraq 42,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 faiz azalaraq 44,77 dollar olub.
Babək Cahandarov
481