Kreml: Tramp-Putin görüşü planlaşdırılmır | 1news.az | Xəbərlər
Dünya

Kreml: Tramp-Putin görüşü planlaşdırılmır

09:44 - 22 / 06 / 2017
Kreml: Tramp-Putin görüşü planlaşdırılmır

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin Almaniyada keçiriləcək “Böyük İyirmilik” (G 20) sammiti çərçivəsində mümkün görüşü barədə məlumat təsdiqləməyib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə belə bir görüşün planlaşdırılmadığını bildirib:

“Hələ ki, heç bir görüş barədə hazırlıq görülmür. İyulun 7-si üçün heç bir görüş planlaşdırılmayıb. Sadəcə onu qeyd edə bilərik ki, Putin və Tramp Almaniyada keçiriləcək “Böyük İyirmilik” (G 20) sammitində iştirak edəcəklər. Ola bilər sammit çərçivəsində görüş baş tutsun”.  

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda prezidentlərin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək sammit zamanı görüşəcəyi deyilirdi.

S.Xankişiyeva

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər