Ağsuda sahibkarlar üçün treninq keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağsuda sahibkarlar üçün treninq keçirilib

23:26 - 22 / 06 / 2017
Ağsuda sahibkarlar üçün treninq keçirilib

İyunun 22-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Ağsuda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqdə biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmənin xüsusiyyətləri, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədinin alınması üçün  investisiya layihəsinin (biznes planın) tərtib edilməsi, investisiya təşviqi sənədini almış sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq iştirakçıları həmçinin, apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər