Müdafiə Nazirliyi: Görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq

11:36 - 22 / 06 / 2017
Müdafiə Nazirliyi: Görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Lakin hərbçilərimizin peşəkarlığı nəticəsində bu PUA-lardan biri zərərsizləşdirilərək ələ keçirilib.

Müdafiə Nazirliyindən bildiriblər ki, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

“Görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq”- deyə, nazirlikdən bildiriblər.

Babək Cahandarov

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər