Zakir Həsənov döyüş atışlarını izlədi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov döyüş atışlarını izlədi - FOTO

12:53 - 22 / 06 / 2017
Zakir Həsənov döyüş atışlarını izlədi - FOTO

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

S.Xankişiyeva

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər