Moldova prezidenti “Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanış olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moldova prezidenti “Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanış olub – FOTO

14:45 - 23 / 06 / 2017
Moldova prezidenti “Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanış olub – FOTO

İyunun 23-də Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “Azər-İlmə” Xalçaçılıq Mərkəzində olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ali qonaq burada xalçaçılıq emalatxanası, tədris mərkəzi, “Sehrli ilmələr” qalereyası ilə tanış olub.

Moldova Prezidentinə məlumat verilib ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış “Azər-İlmə”nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır.

Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb.

Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların nəticəsi olaraq müxtəlif kitablar, broşürlər, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər Akademiyasının “Xalçaşünaslıq” sektoru da məhz “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin bazası əsasında fəaliyyət göstərir.

Ali qonaq “Sehrli ilmələr” qalereyasında saxlanılan Azərbaycanın qədim xovlu və xovsuz xalça nümunələri ilə tanış olub. Ona Azərbaycan və Moldova xalçaçılıq əlaqələrinin tarixi köklərindən, müasir vəziyyətindən, ortaq naxışlar və ornamentlər haqqında məlumat verilib. Bu əlaqələrin xalqlarımızın tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri zəminində yarandığı və inkişaf etdiyi vurğulanıb.

Prezident İqor Dodon xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesi ilə tanış olub.

Babək Cahandarov

Paylaş:
831

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər