Bakıda qonşu qonşunun üstünə bıçaq çəkdi: bir nəfər öldü, iki nəfər yaralandı

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan Sənan Məmmədov qonşusu Mətanət Həsənovanın evində münaqişə zəminində ona, oğlu Laçına və orada kirayədə yaşayan Sabirabad rayon sakini Mahirə Əliyevaya bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən M.Əliyeva orada ölüb.
Faktla bağlı Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Babək Cahandarov
730