Telman İsmaylovun Las Veqasdakı ticarət mərkəzinə həbs qoyulub
Azərbaycan əsilli rusiyalı sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmaylovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub.
1news.az-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, həbs qərarı “Moskva Bankı”nın iddiası əsasında verilib.
Moskva Bankı ABŞ məhkəməsinə müraciət edərək Rusiyada olan kredir borclarını ödəməməkdə, külli miqdarda valyutanı ölkədən xaricə çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə etməkdə təqsirləndirilən T.İsmaylovu dələduzluqda ittiham edib.
Məlumata görə, hazırda onun Moskva Bankı qarşısında borunun həcmi 19 mlrd. rubl təşkil edir.
Qeyd edək ki, Moskva Bankının kreditorları T.İsmayılovun ABŞ-da aktivlərinni olmasını Kipr məhkəməsi vasitəsilə öyrəniblər. Belə ki, bu ilin 22 fevral tarixində bankın vəkilləri Kipr bankları tərəfindən “Vesto Trading Limited” şirkətinin maliyyə əməliyyatları ilə bağlı məlumatların açıqlanması tələbi ilə Nikosiya məhkəməsinə müraciət ediblər. Məlumatlar açıqlanandan sonra isə ABŞ məhkəməsinə müraciət olunub.
Xatırladaq ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib. Moskva məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.
Babək Cahandarov