Düşmən iriçaplı pulemyotlardan və minaatandan mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən iriçaplı pulemyotlardan və minaatandan mövqelərimizi atəşə tutub

09:58 - 23 / 06 / 2017
Düşmən iriçaplı pulemyotlardan və minaatandan mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatandan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Babək Cahandarov

Paylaş:
451

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər